"Umom Rossiö ne ponətğ" F. Tötçev
İstədik ki, yaşayaq
Avropalılar kimi;
Ümumdünya "selində"
Üzmək eşqinə düşdük,
Kimələrlə vidalaşdıq,
Kimlər ilə öpüşdük?
Hər şеу tərsinə döndü.
Ötükcə günlər, aylar,
Yoxsullar yoxsullaşdi,
Varlılar varlandılar.
Sınaqlardan çıxıbdı
El sözü; dürüst, dərin
Azadlıq, qardaşlıq da
Xəyalıdı giclərin.
Guya ürəyi yanır
Bizimçün fransızın?
İndi başqa döngədə
Ağlarıq sızın-sızın...
Öldürmə günahkarı.
Bu sahibsiz naxırı.
Tənha qoymaz ki, Tanrı.
İşləməkdən yanıma düşdü qolum
Hə əllədşim, işlər yarımçıq qaldı
Bilmədim ki, nəcə böyüdü oğlum,
Bilmədim ki, anam nесə qocaldi?
Məğrurluq başıma bir bəla oldu
İnsanlar içində qaldım yalqiz, tək.
Canım min acıya mübtəla oldu
Bilmədim ki, nədən üzüldü ürək?
Bu dünya haqqında axı nə deyim
Yollar haçalanır, yolu özün seç.
Elə zəbf olunub mənim ürəyim,
Orda Allaha da yer qalmayıb heç.
Aza qane ol ki, sən
Çətinə düşməyəsən...
Bunu çevir vərdişə,
Bela yaşa həmişə.
Bu qarışıq zamanda,
Çayın axarına üz.
Hər anın qədrini bil,
Ürəyini saxla düz.
Hərə bir hava çalır.
Bu axında dəbdən qaç,
Heç nəyə əsir olma,
Dərdini Tanryıa aç.
Öz yolunda addımla,
Yorulanda əylən, dur.
Bir şeyi yadda saxla,
Allah hər şeyi görör.